Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-01 14:21:00
Əlcəklərin üstündə virus daha yaxşı yaşayır

Məlum pandemiya ilə əlaqədar olaraq müəyyən qrup insanların əlcəkdən istifadə etdiyini görürəm. İndiyə qədər mənim əlcək haqqında bir fikir bildirdiyimə şahid olmamısınız. Çünki əlcək istifadəsi bir mədəniyyətdir - necə ki silah mədəniyyəti var - və bu məlumatları bilmədən, mədəniyyətinə uyğun davranmayanda əlcəklər qoruma yerinə zərər verə bilər.

Əvvəlcə onu deyim ki, əlcəklərin üstündə virus daha yaxşı yaşayır. Bunu yaxşı yadda saxlayın.

İkincisi, əlcəklər təbabətin qaydasına görə ancaq İŞ SAHƏSİNƏ TOXUNMAQ ÜÇÜNDÜRLƏR!

Bu nə deməkdir?

Yəni, siz əlcəyi nəyə görə taxmısınız?

Ətrafda kirli sayılan sahələrdən sizə mikrob keçməsini önləmək üçün.

O zaman siz əlcəkləri taxıb kassirsəniz, pula toxunduqdan sonra, sərnişinsəniz, avtobusdakı tutacağa toxunduqdan sonra əlcəklər KİRLİ SAYILIRLAR.

KİRLİ ƏLCƏKLƏR sizin və ya başqa insanın əşyalarına toxuna BİLMƏZ!

KİRLİ ƏLCƏKLƏRLƏ telefonunuza, çantanıza, üzünüzdəki maskaya TOXUNMAQ OLMAZ!

Bir də əlcəklərin çıxarılması da vacibdir. ÜST-nın bu məsələdə buraxdığı broşürdə əlcək çıxarma qaydasının şəklini yerləşdirirəm. Mənim söylədiklərimi orada tapa bilməyəcəksiniz, çünki mən sizə uzun illərin cərrahi təcrübəsinə əsasən bunları dedim.

Daha bunun üçün də İNFEKSİONİST GƏLSİN, ÖZ İXTİSASINDAN DANIŞ kimi mənasız, cığal ifadələrdən istifadə etməzsiniz yəqin.