Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-01 12:11:00
İmtahanlar əvvəlki illər kimi birmərhələli formada keçiriləcək? -DİM-dən rəsmi cavab

 

 

11 illik təhsil bazasında buraxılış imtahanlarının təxirə salınması abituriyentlərdə təşviş yaradıb.

 

Sosial şəbəkələrdə imtahanların birmərhələli keçirilməsi haqqında ehtimallar irəli sürülür.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi bu məsələyə münasibət bildirib.

 

DİM-dən verilən məlumata görə buraxılış və qəbul imtahanlarının birləşdirilməsi nəzərdə tutulmur.

 

Xatırladaq ki, imtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.