Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-31 16:21:00
Azərbaycanda təhsil işçilərinin sosial müdafiəsi artırılacaq

Azərbaycanda təhsilverənlərin sosial müdafiəsi artırılacaq. 

 

AzEdu.az xəbər verir ki, bu, "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi kadrların da vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

 

Qüvvədə olan qanuna görə, yalnız dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilirdi.