Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-31 16:32:00
6000 tələbə və 500 müəllim onlayn dərslərdə

Martın 30-dan Azərbaycan Texniki Universiteti (AzTU) də onlayn dərslərə başlayıb.

 Ali məktəbdən verilən məlumata görə, hər bir tələbənin və müəllimin AzTU-nun  “Elektron təhsil” portalında elektron kabinetində elanlar bölməsində lazımi məlumat yerləşdirilib. Onlayn dərslərdə iştirak üçün hər bir tələbə mobil telefon və ya kompüterində ZOOM proqramından istifadə etməklə müəllimi dinləmək, sual vermək, yazılı müraciət etmək imkanına malikdir.

 Bildirilib ki, onlayn dərslərə qoşulmaq üçün bütün qayda və təlimatlar müəllim və tələbələrin elektron kabinetində yerləşdirilib. Hər bir tələbə öz dərs cədvəlinə uyğun olaraq həmin saatda elektron təhsil kabinetinə daxil olur. Eyni zamanda keçirilən dərsin video yazısının sonradan da tələbələr tərəfindən dinlənilməsi mümkündür.

 Bir günlük statistikaya görə, təxminən 6000 tələbə və 500 müəllim elektron kabinetlərinə daxil olaraq onlayn dərslərdə iştirak edib.