Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-31 15:42:00
Musiqi məktəbi şagirdlərlə tədris proqramını internet üzərindən davam etdirir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli musiqi məktəbi koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə karantin tələblərini yerinə yetirərək, şagirdlərlə tədris proqramını internet üzərindən davam etdirir.

 AzEdu.az xəbər verir ki, məktəbin fleyta ixtisası üzrə müəllimi Nərgiz Əliyeva şagirdləri ilə virtual ünsiyyət zamanı evdən çıxmadan asudə vaxtlarını səmərəli təşkil etmələri üçün dəyərli məsləhətlər verir, eyni zamanda, tədris proqramından geri qalmamaq üçün videodərslər keçir.