Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-31 12:14:00
Koronavirusa yoluxma və xəstələnmənin gündəliyi

AzEdu.az koronavirusun bədənimizdə necə inkişaf etdiyini təqdim edir:

Bədənimizə yeni koronavirus düşərsə, mütləq xəstələnəcəyikmi?

Xeyr.

Təbabətdə Minimal Yoluxucu Doz (Minimal infective dose) anlayışı var. Yəni insan yoluxmaq üçün virus və ya bakteriyanın hansısa bir sayı ilə qarşılaşmalıdır. Bir çox viruslar üçün bu rəqəm 10 min ətrafında dolaşır.

Bu yeni virus haqqında dəqiq məlumat olmasa da, hardasa bir neçə yüz, maksimum 1 000 ədəd olaraq düşünülür.

Bu nə deməkdir?

Götürək ki, bir insan başqa yoluxmuş şəxslə

Əl ilə görüşərsə, 100 virus
Öpüşərsə, 1 000 virus
Bir metr məsafədən söhbət edərsə, 10 virus alacaq.

Bunlar təxmini rəqəmlərdir əlbəttə, amma vəziyyəti izah etmək üçün yarayır.

O zaman bir insan yoluxmuş bir şəxslə öpüşərsə, böyük ehtimalla xəstələnəcək.

Bir insan bircə dəfə yoluxmuş adamla əl ilə görüşərsə, böyük ehtimalla xəstələnməyəcək.

Bir insan bir gündə 2 dəfə yoluxmuş şəxslə 1 metr məsafədən söhbətləşərsə, çox böyük ehtimalla tam sağlam qalacaq.

Virusun sizi xəstələndirməyəcək dozunu alıb sağlam qaldınızsa, sizdə o virusa qarşı immunitet formalaşacaq.

Ona görə, əzizlərim, kontakt sayı azaldılmalıdır.

Bir də virus keçəndən neçə gün sonra problemlər başlayır?

Virus yoluxmuş insan xəstələnsə də, xəstələnməsə də 20 gün virusu yayır.

Xəstələnmiş insan sağalıb evə getdikdən 2 gün əvvəl virus onun bədənindən yoxa çıxır.

Virus yayma insan özünü xəstə hiss etmədən 2.5 gün əvvəl başlayır və 1 gün əvvəl zirvə vurur. Yəni özünü tamamilə sağlam hiss edən insan çoxlu virus yaya bilər.

Başqa parametrlər isə məqalədən götürdüyüm şəkildə. İngiliscə bilənlər, bilməyənlərə başa salsınlar. (Modern.az/Vaqif İsmayıl)