Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-31 16:50:00
Evdə qalırsınızsa, bu vitamini qəbul edin - Həkim

Koronavirus infeksiyası ilə bağlı evdə qalmağa məcbur olan insanlar kifayət qədər Günəş şüası altında ola bilmədiyi üçün D vitamini qəbul etməlidir.

 

AzEdu.az bildirir ki, bu barədə Axar.az-a pediatr Elnurə Qurbanova bildirib. Onun sözlərinə görə, uzun müddət havasız və Günəş şüası olmadan ev şəraitində olmaq orqanizmin D ehtiyatını azaldır. Bu da zamanla müəyyən problemlərə səbəb olur.

 

"Həm uşaqlar, həm də böyüklər yaxşı olar ki, D vitamini qəbul etsinlər. Böyüklər üçün kapsul şəklində D vitaminləri var. Kiçik uşaqlar üçün isə damcı şəklində olan vitaminlərdən istifadə edilməsi məsləhətdir", - həkim bildirib.