Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-31 10:25:00
Evlərdə repetitorluq xidmətləri qadağan olundu

Xüsusi rejim dövründə fərdi tədris və repetitor xidmətləri dayandırılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

 

Bildirilir ki, o cümlədən bu sahədə evlərdə xidmət qadağan olunur.

 

Qeyd edək ki, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.