Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-30 17:22:00
DİQ imtahanının müsahibə mərhələsində verilən suallar və cavabları- Karantin günlərində hazırlıq

 

 

Hazırda koronovirus pandemiyası səbəbindən ölkədə müvəqqəti olaraq dayandırılıb. Bu həm də təhsil işçiləri üçün nəzərdə tutulan müxtəlif səpkili müsabiqələrə hazırlaşmaq üçün əlavə şans yaradır. Doğrudur, məlum vəziyyət həmin müsabiqələrin də vaxtına müəyyən təsir edəcək, amma inanırıq ki, pandemiya təhlükəsiz tezliklə sovuşacaq və  müəllimlər hazırlaşdıqları MİQ və DİQ müsabiqələrində uğurla çıxış edəcəklər.

 

Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsində pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Müsabiqə test və müsahibə mərhələlərindən ibarət olur. Müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir.

 

AzEdu.az Təhsil nazirliyinin sisteminə daxil olan ümumtəhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə proqramına uyğun sualları və cavablarını təqdim edir:

 

1.Azərbaycan Respublikasında hansı təhsilalma formaları tətbiq edilir?

 

CAVAB:əyani, qiyabi, distant,sərbəst

 

2.Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar necə qiymətləndirilir?

 

CAVAB: Qızıl və gümüş medalla təltif olunur. Ətraflı http://testlerim.org/senedler/viewpdf.php?url=22

 

3.Fərdi təhsil nə deməkdir və necə təşkil edilir

 

CAVAB: Fərdi təhsil-müxtəlif səbəblər üzündən təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən formasıdır.

 

 

4.Ümumi təhsil müəssisələrinə hansı tipdən və növdən olan təhsil müəssisələri aid edilir?

 

 

CAVAB: İbtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr

 

 

5.Məktəb direktorlarının vəzifə funksiyaları hansı normativ hüquqi sənədlə müəyyənləşdirilmişdir?

 

CAVAB:Vahid tarif-ixtisas sorğu kitabı

 

 

6.Ümumi orta təhsil haqqında attestatın v tam orta təhsil haqqında attestatın verilməsinin qeydiyyatı kitabı məktəbdə neçə il saxlanılmalıdır?

 

CAVAB: DAİMİ

 

7.İbtidai siniflərdə hansı fənlər ixtisas müəllimləri tərəfindən tədris edilməlidir?

CAVAB:Xarici dil və informatika

 

8.Səriştə əsaslı ümümtəhsil dedikdə nə nəzərdə tutulur?

 

CAVAB: Səriştə əsaslı təhsil nəinki şagirdə bilik verir, eyni zamanda şagird müəyyən bacarıqlar əldə edir, onları müxtəlif situasiyalarda tətbiq edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir.

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları