Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-30 18:00:00
Özünütəcrid zamanı nələri etmək olmaz?

Özünütəcrid zamanı evdə oturmaq deyil, daha çox gəzmək, ayaq üstə dayanmaq, gün ərzində aktiv fasilələr etmək və sağlam qidalanma ilə bağlı sadə qaydalara riayət etmək lazımdır.

 

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyanın Səhiyyə nazirinin müavini Oleq Salaqay özünün “Telegram” kanalında bəyan edib.

 

“Yeriyin! Bəli, söhbətin evdən getməsinə baxmayaraq, məhz yeriyin. Hətta cüzi hərəkət fiziki aktivlik sayılır. Məsələn, telefonla danışa-danışa mənzildə gəzişmək olar”.

Bundan başqa, o, hətta onlayn oyun oynayan zaman, yaxud kitab oxuyarkən ayaq üstə dayanmağı tövsiyə edib.

 

“İnternetdə fiziki aktivlik barədə onlayn kurslara baxmaq və gün ərzində müəyyən məşqlər etmək olar. Düzgün bəslənməni də unutmaq olmaz – daha çox meyvə və tərəvəz, bol maye qəbul edilməli, şirniyyatdan çəkinmək, duz, şəkər və yağ istifadəsini azaltmaq lazımdır”, - nazir müavini bildirib.

 

“Dincəlməyə və diqqətinizi cəmləməyə çalışın. Dərin nəfəs və bunun kimi sadə texniki hərəkətlər rahatlanmağa, evdə qaldığınız müddətdə faydalı və intellektual işlərlə məşğul olmaq üçün köklənmənizə imkan verəcək”, - Oleq Salaqay sözlərini yekunlaşdırıb.