Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-30 15:06:00
İyul ayına qədər heç bir qəbul imtahanı keçirilməyəcək?- DİM-dən rəsmi cavab

 

Dövlət İmtahan Mərkəzi koronavirusla bağlı ölkədə karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9-cu və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi) 2020-ci il iyul ayınadək ödənişsiz keçirməyə qərar verib.

 

Sınaq imtahanların iyul ayınadək ödənişsiz keçirilməsi sosial şəbəkələrdə söyləntilərə səbəb olub. Abituriyentlərin əksəriyyəti iyul ayına qədər heç bir imtahanın keçirilməyəcəyini fikirləşirlər.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə ,sınaq imtahanlarının iyul ayına kimi ödənişsiz olması iyula kimi heç bir imtahanın keçirilməyəcəyi anlamını vermir.

 

İmtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

 

Qeyd edək ki, onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.