Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-30 17:33:00
Universitet tələbələri bu üsulla dərs keçəcəklər-Ekspert aydınlıq gətirdi

“Təhsil Nazirliyi universitetlərə  onlayn tədris sistemini sosial layihə kimi keçirməyi təklif edib”.

 

 Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

 

 

O, açıqlamasında hazırkı vəziyyətdə distant təhsildən necə yararlanmaq lazım olduğuna aydınlıq gətirib:

 

 

 

“Tələbələr distant təhsillə bağlı  bildirir ki, bəzi universitetlər imtahan keçirəcək və bu zaman  qiymətləndirmə  mövzuya uyğun veriləcək. Halbuki, hazırda bu mümkünsüzdür. Çünki rayon və kəndlərdə yaşayan minlərlə tələbə var ki, onların interneti, kompüteri yoxdur. 

 

Son 3-4 gün ərzində bu problemlə əlaqəli mənə müxtəlif universitetlərin tələbələri suallar ünvanlayıb. Təhsil Nazirliyi universitetlərə online tədris sistemini sosial layihə kimi keçirməyi təklif edib. Müəllimlər həmin portala dərs vəsaitlərini, sillabusları yükləyir, mövzular üzrə onlayn dərs keçir və onu da platformaya daxil edirlər. Tələbələr  isə onlara təklif edilən platformaya daxil olaraq gündəlik dərsləri menimseməlidilər”.

 

 

 

Ekspert rayon və kəndlərdə interneti, kompüteri olmayan minlərlə tələbənin nə edəcəyi barəsində danışarkən bunları deyir:

 

 

“Bu imkandan yararlana bilməyən tələbələr həftədə 2-3 dəfə rayon internet klubuna gedərək bu məlumatları telefonuna endirə bilər və universitetə gedəndə 1 həftəlik xərclədiyi pulu həmin paketə verə bilər. Hazırkı vəziyyətdə mobil operatorlar da internet paket qiymətlərini endirməli və bizlərə kömək olmalıdılar. Tələbələrin  qiymətləndirməsi isə imtahan deyil,  onlara verilən müəyyən tapşırıqların yerinə yetirilməsi əsasında həyata keçirilməlidir. Əsas məsələ odur ki, müəllim və tələbələr hazırkı vəziyyətdə bir-birini başa düşsünlər. Kimlərinse təxribatına yol verməyərək dövlətə dəstək olmaq lazımdır”.

 

 

Qeyd edək ki, koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni azaltmaq ücün ölkənin təhsil müəssisələrində tədris prosesi aprelin 20-dək dayandırılıb.