Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-30 12:41:00
Nazirlər Kabineti və Təhsil Nazirliyinin online dərslərlə bağlı qərarı yoxdur, amma universitetlər...- Ekspertdən irad

“Bəzi universitetlər özbaşına qərar verirlər”. 

 

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi şəxsi facebook səhifəsində yazıb.

 

O, vurğulayır ki, hazırkı vəziyyətdə distant təhsillə bağlı qərar qanunvericilikdə əksini tapmayıb.

 


“Diqqətinizə çatdırım ki, Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin online dərslərlə bağlı qərarı yoxdur.  Bundan əlavə bəzi universitetlər publik hüquqi şəxs statusuna malik olsalar belə qərar verməkdə özbaşına deyillər”.

 

Ekspert qeyd edir ki, onlarla tələbə bu barədə ona mesaj yazır və zəng edir.

 

”Tələbələr yazır ki, mən internetə qoşula bilmirəm, rayondayam. Bakıda internetlə qoşula bilərdimsə, burda o imkan yoxdu. Biri yazıb ki, Elçin müəllim, kasıbam, imkanım yoxdur. Millətin əsəbləri və psixikası onsuz da pozulub. Bir də bu tərəfdən  onları vurmayaq.  Əgər qərarı NK verərsə, o zaman nəsə düşünmək olar”. 

Elçin Əfəndi bu məsələnin  ictimailəşməsinin mühim olduğunu söyləyir.

 

 “Məsələ ya hüquqi status alsın, ya da dərslər online keçirilməsi qərarını məsul qurum verilsin.  Hazırda onlayn dərslərin olmaması barədə məlumat universitetlərə çatdırsınlar ki, onlar da tələbələri incitməsinlər”.

 

Qeyd edək ki,koronavirus pandemiyasının yarada biləcəyi zərərin qarşısını almaq məqsədi ilə aprelin 20-dək təhsil müəssisələrində tədris prosesi dayandırılıb.