Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-30 11:56:00
Tacikistanda oxumaq istəyənlər üçün proqram elan edildi

Tacikistanın Təhsil və Elm Nazirliyi 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

 

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilən təqaüd proqramı çərçivəsində tədris rus dilindədir.

 

 

Təqaüd proqramına müraciət etmək istəyən iddiaçılar Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Son müraciət tarixi 31 may 2020-ci ildir.