Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-29 11:40:00
Təhsildən danışanda tərbiyyəni yaddan çıxartmayaq

“Koronovirus zamanında təhsildən danışanda tərbiyyəni yaddan çıxartmayaq”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, təhsil eksperti Şahlar Əsgərov şəxsi facebook səhifəsində yazıb.

 

O, təhsil prosesində tərbiyə amilindən söz açıb.

“Polyak pedaqoqu Yanuş Korçakın tərbiyyə ilə bağlı tərtib etdiyi 10 qızl qaydadan 5 –ni təqdim edirəm:

  1. Gözləmə ki, uşağın sənin kimi, və ya sənin istədiyin kimi olsun. Ona sənin kimi yox özü kimi olmağı öyrət.
  2. Uşaqdan onun üçün elədiklərinin əvəzini ödəməsini tələb etmə. Sən ona həyat vermisən, o bunun hesabını necə ödəyə bilər? O, da başqasına həyat verəcək, başqası da digərinə və bu qayıtmayan minnətdarlıq qanunudur.
  3. Acığını uşağın üzərinə tökmə ki, qocalanda da “acı çörək” yeməyəsən. Nə əkərsən onu da biçərsən.
  4. Onun problemlərinə yuxarıdan aşağı baxma. Həyat hər kəsə çəkə biləcəyi yükü verir, İnan ki, ona öz problemləri sizinkilərdən daha ağırdır, çünki o, Sizə nisbətən qat-qat təcrübəsizdir.
  5. Uşağı alçaltma”!