Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-27 16:30:00
Şagirdlər gigiyenik qaydalara necə əməl etməlidir?

Azərbaycanın inkişaf edən nəslinin möhkəm, sağlam böyümələri üçün oxuduqları məktəblərdə, dərs keçdikləri sinif otaqlarında gigiyenik qaydalara əməl edilməlidir.

 

AzEdu.az Bakı şəhəri Nizami rayonu Vüqar Sadıqov adına 214 nömrəli məktəbin  ibtidai sinif müəllimi Naidə Hüseynovanın gigiyena qaydaları haqqında tövsiyələrini təqdim edir.

 

O, ənənəvi siniflərdən fərqli olaraq “Sağlam Təhsil -Sağlam Millət” pilot siniflərində dərslərin hərəktdə baş verdiyini deyir.

 

“Sağlam olmaq üçün hərəkət etməyin vacibliyi heç kəsə sirr deyil. Uşaqların hərəkətsizlik şəraitidə fiziki sağlamlıqlarını itirmək təhlükəsi ilə üz-üzə  durduqlarını da deyə bilirik. Dərs müddətində onların normal inkişafı və sağlam böyüməsinə mənfi təsir göstərən amillərdən biri kimi oturaq həyat tərzini göstərmək  olar.

Pilot siniflərdə öyrənmə hərəkətdə baş verir, 15 dəqiqədən bir oturan vəziyyətdə işləyən şagirdlər ayaq üstə iş üçün olan hündür masalarda otururlar. Göz əzələlərini və dayaq-hərəkət  aparatını  məşq etdirən Dr. Bazarnının Vizual Vestibulyar Məşqçi Sistemi  trenajorunda şagirdlər 1-ci siqnaldan sonra yanan işıqları əl çalmaqla tuturlar. Burada məqsəd yan görmənin və reaksiyanın inkişafı, qan dövranının sürətlənməsi və dayaq hərəkət aparatının məşqi baş verir. Növbəti 15 dəqiqədə 2-ci siqnal çalınır, tavanda Universal Simvollar Sxemi üzrə  məşğələ keçirilir. Uşaqlar göz və əllərlə nişan alaraq oxlar istiqamətində  də müəyyən olunan sxem üzrə məşğələni davam etdirib, sonra iş yerlərini dəyişirlər”.

Müəllim  hündür masalarda yazı necə baş verdiyini izah edir.

” Masalar şagirdlərin boyuna uyğun tənzimlənir, işçi səthi 16 dərəcə mailliyi təmin edir. Sinifdə didaktik asqılar var ki, ora mövzuya uyğun  şəkillər, materiallar asılır və sonra  götürülür. Məqsəd odur ki, şagirdlər davamlı olaraq yenilənən təlim materiallarını maraq dairəsində saxlayır,"duyumluluğun" itməməsi baş verir. Bu  asqılar da özlüyündə şagirdlərin  hərəkətdə olmasına səbəb olur.        Uşaqların yüksək təlim və yaradıcılıq nailiyyətlərinə nail olması üçün "Sağlam Təhsil" pilot siniflərində  interaktiv dərslərə daha çox yer verilir. Psixi-fiziki və mənəvi baxımdan sağlam Azərbaycan vətəndaşı və şəxsiyəti formalaşması üçün bu dərslərin keçirilməsi vacibdir. Şagirdlərdə təlim marağını yüksəltmək, ətraf aləmi dərk etmək qabiliyyətinigücləndirmək, yaradıcı təfəkkürü inkişaf etdirmək ən aktual məsələlərdən biridir.

Dərslərimiz keçirilərkən şagirdlərdə dərsə maraq, müəyyən hadisələrə emosiya və  reaksiya o qədər güclü baş verir ki, şagird axtarış fəaliyyətində olduğunu hiss edir. Bu da onu yaddaşında həkk olunur. Dərin təəssürat almış şagird yaddaşında həkk olunanları əl işi vasitəsilə: şəkil çəkmə, yapma, qurma,yonma, oyma ilə yerinə yetirir.

Bu göstərir ki, belə siniflərdə şagirdlər bir-birləri ilə və ətraf aləmlə daha çox kontaktda olurlar. Odur ki,Sağlam Təhsil sinfində gigiyenik qaydalar daha ciddi gözlənilməlidir. Şagirdlər sinif otağında yerləşən əlyuyandan istifadə edib əllərini yuyurlar. Bizim siniflərdə çoxistifadəli dəsmalın istifadəsi qadağandır. Birdəfəlik kağız dəsmallar və maye sabundan istifadəedilir. Tez-tez əllərini yuma uşaqlarda şəxsi gigiyena qaydalarına əməl etmə bacarıqlarını inkişaf etdirir və vərdiş halına salır. Bu isə müxtəlif yoluxucu və parazitar xəstəliklərdən qorunmağın əsas şərtidir.

Sonra isə uşaqlar yaddaşda həkk olanları  və əlləri ilə yaratdıqları barədə danışır və ya yazırlar.

Dərs bitdikdən sonra da fasilələrdə oğlanlar sinifdə quraşdırılan turnikdə dartınırlar, qızlar isə oturub-durma yarışı keçirirlər.

Şagirdlərin sağlam qidalanması, uşaqlarda fiziki inkişafını sürətləndirməklə yanaşı, qavrama qabiliyyətini artırır, yorğunluğu aradan qaldırır. Bizim Sağlam Təhsil siniflərində oxuyan şagirdlərimizindüzgün qidalanması valideynlərin də nəzarəti altındadır. Uşaqlar əvvəlcə əllərini yuyur, gətirdiklərini masanın üzərin sərilən süfrəyə qoyaraq qidalanırlar.

Son zamanlarda dünyada yayılmış viruslar, xəstəliklər bir daha  gigiyenik qaydalara əməl etməyin vacibliyini  göstərdi.  Azərbaycanda tətbiq olunan Sağlam Təhsil modelində gigiyenik qaydalara əməl olunması nümunəsi əslində bütün cəmiyyət üçün yaxşı bir örnək ola bilər”.

 

                                                ı