Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-27 14:19:00
Koronavirus pandemiyası zamanı İMMUNİTETİ gücləndirən 5 ƏSAS VASİTƏ

İmmun sistemi zəif olanlar koronavirusa daha tez-tez yoluxur. Həmçinin koronavirusun ağırlaşmaları da əsasən zəif immunitetin fonunda inkişaf edir.

 

AzEdu.az xəbər verir ki, Böyük Britaniyanın qida mütəxəssisi Corci Merfi immuniteti gücləndirən vasitələri belə sadalayıb:

 

D vitamini. Bu vitamin immun sisteminin stimullaşdırmasında əsas rol oynayır. Belə ki, D vitamini orqanizmdə virus və bakteriyaları axtaran və məhv edən T-hüceyrələrini aktivləşdirir, immunoqlobulinlərin sintezini stimullaşdırır.

 

D vitaminin əsas mənbələri: yağlı balıq, ət, qaraciyər, yumurta.

 

C vitamini. Bu vitamin immun sisteminin hüceyrələri olan leykositlərin əmələ gəlməsi prosesini stimullaşdırır. Həmçinin C vitamini antioksidant kimi işləyir, immun sistemini zəiflədən sərbəst radikallarla mübarizə edir.

 

Əsas mənbələri:  sitrus meyvələri, kələm, itburnu.

 

Sink. Bu maddə orqanizmin immun cavabını gücləndirir, soyuqdəymə və virus xəstəliklərinin gedişatını yüngülləşdirir, sağalmanı tezləşdirir.

 

Mənbələr: mal əti, yumurta, mərci, lobya, noxud, arpa çörəyi, yulaf. Sink C vitamini ilə daha yaxşı mənimsənilir.

 

E vitamini. İmmuniteti zəiflədən sərbəst radikalları ilə mübarizə edir.

 

Mənbələr: yumurta, qoz, bitki yağları.

 

Beta-glükanlar. İmmun cavabını gücləndirir.

 

Mənbə: göbələk.

 

Dəmir. Orqanizm boyu oksigenin daşınmasında iştirak edir və bununla da immun sisteminin T və B-hüceyrələrinin sintezində böyük rol oynayır. Dəmir çatışmazlığı immun sisteminin zəiflənməsinə səbəb olur.

 

Mənbələr: qırmızı ət, qaraciyər.