Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-27 11:30:00
“Türklər üç həftə evdən çıxmasın...” -Koronavirusla mübarizə aparan çinli professor...

“SARS”, quş və donuz qripi kimi epidemiyalarla mübarizə aparan və hazırda Koronavirusla Mübarizə Şurasında çalışan professor Li Lanjuan türk xalqına səslənib. 

 

AzEdu.az xəbər verir ki, professor türklərə üç həftə evdən çıxmamağı tövsiyə edib. Çinin Vuhan bölgəsində koronavirus yayıldıqdan sonra insanların küçəyə çıxmamasını qadağan edən qanun layihəsini məhz o, hökumətə təqdim edib. SARS epidemiyasının qarşısını aldığına görə isə onu dünyada tanıyırlar. 

 

O, çıxışı zamanı türk xalqlarına tövsiyələr verib:

 

“2003-cü ildə SARS, 2013-cü ildə isə quş qripinin qarşısını aldıq. Bütün heyvan bazarlarını qapatmaqla hökumət buna nail oldu. Türk xalqlarına səslənirəm, epidemiyaya yoluxmamaq üçün evdə qalmanız çox vacibdir. Ən azı üç həftə evdən çölə çıxmayın”. (moderator.az)