Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-27 10:57:00
Böyük Britaniyada kağız kitablara tələbat 35 faiz artıb

Böyük Britaniyada kağız kitablara tələbat 35 faiz artıb.

 

AzEdu.az xəbər verir ki, buna səbəb insanlarda boş vaxtın yaranmasıdır. 

 

Bununla əlaqədar olaraq, "Watherstones" kitab şəbəkəsi 22 martdan etibarən koronavirusun yayılması təhlükəsinin qarşısını almaq məqsədi ilə mağazalarını bağlayaraq, onlayn satışa keçib, nəticədə satış son həftədə dörd dəfə artıb. 

 

Oxucular əsasən, klassik ədəbiyyata, o cümlədən, Qabriel Qarsiya Markesin "100 ilin tənhalığı", "Vəba dövründə eşq", Frensis Skott Fitsceraldın "Möhtəşəm Qetsbi" əsərlərinə maraq göstərirlər. 

 

Bundan başqa, oxucular müasir uzun romanları və Corc Oruelin "1984" romanı kimi utopik əsərləri də həvəslə alırlar. (apa.az)