Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-27 09:00:00
Türkiyə və Çinin elm adamları koronavirusla bağlı 3 saatlıq videokonfrans keçiriblər

Türkiyənin Koronavirusla əlaqədar yaradılan Elm Qurumu ilə Çinin elm adamları birgə videokonfrans keçiriblər.

AzEdu.az-ın Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi xəbərə görə, 3 saat çəkən toplantıda, öncə yeni növ  koronavirusla  (COVİD-19) bağlı Çinin tibb üzrə elm adamlarına suallar ünvanlanıb. 

Sonra hər iki ölkə arasında mövzu ilə bağlı məlumat və təcrübə mübadiləsi ətrafında geniş müzakirələr aparılıb. (apa.az)