Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-24 12:27:13
Dövlət vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2018-ci il mayın 26-da “Dövlət vergi orqanlarına işə qəbul olmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında» Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, namizədlər 25 may saat 18:00-dək “İmtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibat binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. 

İmtahan saat 11:00-da başlayır və Bakı şəhərində 4 binada təşkil olunacaq. İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 148 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanda iştirak etmək üçün 1520 namizəd qeydiyyatdan keçib.

İmtahanda namizədlərə hüquq və ixtisas (vergi) istiqamətləri üzrə, ümumilikdə 200 test tapşırığı təqdim olunur.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq altbölməsində yerləşdirilib.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.