Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-24 14:37:00
İctimai Şuranın sədr müavinindən müəllimlərə tövsiyə - Bu situasiyada nə etməli?

 

 

Qlobal pandemiya nə qədər bəşəri təhlükə olsa da təsəlliverici hal odur ki, cəmiyyətimiz bu ümumi bəlanı soyuqqanlılıqla, nikbinliklə qarşıladı. Çünki, insanlarımızda belə bir inam var ki, ölkəmizdə problemin həllinə sistemli bir yanaşma var, vəziyyət dövlətimizin tam nəzarəti altındadır. Xüsusilə Prezidentin 19 mart 2020-ci il tarixli fərmanı ilə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və  Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard manat ayrılması əhali arasında yarana biəcək müəyyən təşviş və narahatçılıqların minimuma endirilməsində əhəmiyyətli rol oynadı.

 

Ölkə başçısının, onun ardınca Azərbaycanıın birinci xanımı Mehriban Əliyevanın birillik əmək haqqını Fonda bağışlaması əhalinin - əhval ruhiyyəsini bir gədər də yüksəltdi. Həmin nəcib təşəbbüs dərhal cəmiyyət üzvləri tərəfindən dəstəkləndi. Müxtəlif idarə, müəssisə, təşkilatlar, fiziki və hüquqi şəxslər tərəfindən Fonda ianələr ayrılması kompaniyasından cəmiyyətin avanqard hissəsi sayılan təhsil ictimaiyyəti də kənarda qalmadı. Ayrı-ayrı universitetlərin 20 min, 50 min, 80 min, hətta 100 min civarında, bir çox müəllim və məktəb rəhbərlərinin 1 aylıq  və aylıq əmək haqqının bir hissəsini Fonda köçürmələri, bu çətin dövrdə xalqın necə birgə və həmrəy olduğunu bir daha nümayiş etdirdi.

 

Belə bir deyim var:  “Təhsil hər hansı bir situasiyada düzgün hərəkət etmək bacarığıdır...” Başqa sözlə, təhsil təkcə tədris prosesindən ibarət deyil. Bunun üçün müxtəlif təhsilalma formaları var, fərdi yaradıcılıq üsulları, müstəqil işlərin təşkili, ev tapşırıqlarının yerinə yetirilməsi, məktəbdən kənar və si­nif­dənxaric fəaliyyətin müxtəlif formaları, ən başlıcası isə özünütəhsil deyilən bir anlayış var.

 

Bu gün  başlıca vəzifə müəllimlər, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsindən, məktəb-valideyn-şagird əlaqələrini  imkan daxilində onlayn müstəvisinə keçirməkdən,  video, qrafika, səs və digər multimedia vasitələrinə, elektron resurslara, teledərslərə,  kifayət qədər dərslik, dərs vəsaiti, sinifdən xaric oxu materialları yerləşdirilmiş müvafiq portallara,  "Facebook", "WhatsApp", "Skype" və digər bu kimi ehtiyat mexanizmlərinə, mövcud olan bu kimi digər resurslara istinad etməklə, müvəqqəti fasilədən yaranan boşluqlarla əlaqədar passivliyi aradan qaldırmaqdır.

 

Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik sindromu demək deyil, fəaliyyəti düzgün təşkil etmək, əlaqələndirmək və səmərəli tənzimləmək deməkdir. Bir də ki, növbəti fəliyyətin təşkili və nizama salınmasında dəfələrlə qeyd edildiyi kimi, kimlərinsə subyektiv mülahizələri deyil, Nazirlər Kabineti yanında Operativ Qərargahin rəsmi məlumatları əsas götürülməlidir...

 

Nadir İsrafilov

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini