Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-23 12:49:00
Naxçıvanda “Elmi əsərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb  

AMEA Naxçıvan Bölməsinin ildə dörd dəfə çap olunan “Elmi əsərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb.

AzEdu.az xəbər verir ki, ictimai və humanitar elmlər seriyasını əhatə edən nəşrdə “Tarix və Siyasət”, “Arxeologiya və Etnoqrafiya”, “Azərbaycan dili”, “Ədəbiyyat və Folklor”, “İncəsənət”, “İqtisadiyyat” adlı bölmələrdə 45 müəllifin elmin müxtəlif sahələrində apardığı tədqiqatların nəticələri işıqlandırılıb.

Jurnalda “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1995-2020-ci illər), “Azərbaycanın ilk hərbçi qadınları mixi yazılarda”, “Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı arxiv sənədlərində (1918-1920-ci illər)”, “Naxçıvanın Erkən və Orta Eneolit dövrü mədəniyyətinin Cənubi Qafqaz və Yaxın Şərqlə əlaqələri”, “Naxçıvan dialekt və şivələrinin öyrənilməsi məsələləri”, “Oğuznamələrdə tarixi-mifoloji mənəvi irs”, “Qədim Naxçıvanda dekorativ-tətbiqi sənətlərin təşəkkülü” və digər mövzularda məqalələr yer alıb.

Nəşrin “Yubileylər” bölməsində AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 70 illik yubileyi ilə əlaqədar “Görkəmli türkoloq alim və pedaqoq” adlı yazı dərc olunub.(AZƏRTAC)