Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-23 11:06:00
"Əgər oyunlar davam edərsə, uduzan bizim şahmat olacaq"- Şahdan etiraz

Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirinin üçüncü turunun oyunları keçirilib.

AzEdu.az xəbər verir ki, bu il   azərbaycanlı şahmatçıların  turnirdə iştirakı baş tutmayıb.  Şahmatçımız Şəhriyar Məmmədyarov  bu səbəbdən yaranan üzüntüsünü bölüşüb.  

“Mən mart ayının 14-u Almaniya Bundesliqasında oynamalıydım və buna görə yola düşmək üçün  airporta getdim.  Elə airporta çatanda mənə klubum zəng etdi ki, oyunlar təxirə salınır və mən geri qayıtdım.  Almaniyanın təhlükəli vaxtında verdiyim sözə və kontrakta görə ora getməyə hazır idim. Liganın keçirilməyəcəyini biləndə həm üzüldüm, həm də sevindim.  Çünki heç kim istəməz ki, iki günə görə belə çətin vəziyyətdə Avropaya gedib , sonra ən azı iki həftə karantində qalsın.

Ona görə üzüldüm ki, 20 gündür, ancaq bu 2 oyuna hazırlaşmışdım.  Eyni hadisə bu günlərdə Teymurla da bağlıdır.

İddiaçıların turniri  hər şahmatçının  böyük arzuladığı turnirdir, ən azı mənim üçün belədir. Son iddiaçılarda 2-ci yerə çıxdım və qarşıma məqsəd qoymuşdum ki, bu turnirdə 1-ci olmağa çalışım.

Çox təəssüf ki, orda oynamaq şansım olmadı. Əgər olsaydı, əlbəttə gedərdim.  Martın 14-ü  Almaniyaya getmək istəyən insan Rusiyaya niyə getməsin ? Yəni 100 faiz gedərdim.   Turnir dayanarsa, Timanın imtinası, əlbəttə, çox düz verilmiş qərar olacaq.  Yox əgər turnir davam edərsə və bitərsə, uduzan bizim Şahmat olacaq.  Mən isə buna çox üzülürəm.  Amma daha çox ona üzülürəm ki, bu qədər gözəl təşkil olunmuş, bu qədər maraqlı oyunlar olan turnir dayansın!  Çünki indi bütün dünya bu turniri izləyir.    Orda oynayan 8 dost şahmatçıya can sağlığı arzu edirəm, qoy ən güclü qalib olsun.  İnanıram ki, mənim və ya bizim şahmatçıların  bu turnirdə  yenə oynamaq şansı olacaq.  Təhlükə onsuz hər yerdə var, uğur hər yerdə yoxdur!.”.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.