Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-22 14:29:00
 "Dissertasiyalar yazıb maaşımızı artırmaqla məşğuluq"- Elmimiz niyə geri qalır?

Zaman-zaman ölkəmizdə elmin inkişafı görkəmli şəxsiyyətləri düşündürüb. Bu istiqamətdə xeyli məqalələr, kitablarla çağırışlar edilib.

 Xalq şairi Bəxtiyar Vahabzadə də  “Elmimiz nə üçün geri qalır?” məqaləsində çox vacib, aktual məsələlərə toxunub. 

AzEdu.az həmin məqalələni təqdim edir.

 

“Elimimizin geri qalmasının səbəbləri çoxdur. Mən ən vaciblərini deyəcəyəm.

Birinci səbəb alimlərimizdə vətəndaşlıq duyğusunun zəifliyi ,şəxsi duyğunun ictimai duyğudan qüvvətli olmasıdır. Bu,yalnız alimlərimizə xas deyil,bu bəla, ümumiyyətlə, hamımıza aiddir. " Mən" in " biz" dən üstün olması bizim balalarımızın əsasını təşkil edir. Aqillərdən biri çox gözəl deyib: " Elmin vətəni yoxdur,amma alimin vətəni olmalıdır" yəni alim bilməlidir ki, hansı vətənə , hansı xalqa və nə üçün xidmət göstərir.

 

Çox təssüf ki, bizim alimlərimizin əksəriyyətində ictimai duyğu zəifdir. Biz özümüz elmə qulluq etməli ikən, bizim elmimiz özümüzə qulluq edir. Yəni, dissertasiyalar yazıb maaşımızı artırmaqla məşğuluq. Elmə elm kimi xidmət etmir,elmə güzəranı yaxşılaşdırmaq vasitəsi kimi baxırıq. Demək, " mən" " biz" dən qabağa keçir. Burdan da elmi kadrların seçilməsindəki əyinltilər meydana çıxır.Kimlər  gəlir elmə? İstedadı ilə deyil, fərasəti və məharətli ilə elm zirvəsinə dırmaşan bilənlər,ziqzaqlardan əyilə -əyilə keçə bilənlər...

 

Bir misal demək istəyirəm. 1972- ci ildə universitetin filologiya fakültəsində qəbul imtahanı götürürdüm. Abituriyentlərin əksəriyyəti orta məktəbin proqramında olan məlum " Hacı Qara ", "Vaqif", "Sevil" və ' s mövzularda sərbəst iş yazır, amma mücərrəd mövzulardan çəkinirlər. Niyə? Ona görə ki, onlarda bu şablon mövzuların şparqalkaları var,gizlində köçürürlər. Bu köçürmə əməliyyatı abituriyentlərin istedadını və qabiliyyətini bildirə bilməz. Mən istedad axtarırdım. Bu isə mücərrəd sərbəst mövzularda özünü göstərə bilər. Uşaqlardan biri " Mən niyə vətənimi sevirəm" mövzusunda sərbəst iş yazırdı. Gözüm bunu aldı və uşaq yazdıqca başının üstündən onun yazısını izləyirdim.

 

Yazısı təxminən belə idi:  Mən Ermənistanın filan kəndinəm. Bizim kəndin yanından Yerevan - Baki qatarı keçir. Mən həmişə stansiyaya gələr, Yerevan - Bakı qatarının arxasını baxar,onu həsrətlə yola salardım. Sonuncu vaqonun arxasınca baxarkən mənə elə gələrdi ki,qoşa relslər mənə doğru uzanan anam Bakının qollarıdır. O məni bağrına basmaq istəyir".

 

Bax bu istedad nümunəsidir. Çünki bu yazıda şablon yoxdur,bu yazı Vətən həsrətilə yaşayan gənc bir ürəyin hərarətli çırpıntılarıdır.

 

Buna baxmayaraq, nə olsa yaxşıdır? Bu yazını yoxlayan müəllim,yazıda iki vergül , bir orfoqrafik səhv tapdığından ona 3 qiymət vermişdi. Buna nə demək olar? Abituriyent istedadlı ,ona qiymət verən müəllim isə istedadsız bir pedant olduğundan istedadı qiymətləndirə bilməmişdir.

 

Bəlkə ,başqa səbəb də var. Demək çətindir. Yalnız onu demək olar ki, faciəmizin əsasını elmi və zəkanı qiymətləndirmək səlahiyyətində olanlarda həmin abituriyentin qəlbindəki Vətən hissinin olmamasıdır.

 

Biz nə qədər ki , elmi kadrları istedada və zəkaya görə deyil, münasibətə görə seçirik, elmimiz bir addım da irəli gedə bilməyəcək. Elmi kadrların seçənin bircə amalı olmalıdır: o bilməlidir ki , Vətənin gələcəyi üçün alim seçir. Etiraf edək ki, qonşularımız elmi kadrları öz şəxsi arzuları naminə deyil, məhz Vətənin gələcəyi naminə seçdiklərindən elmləri bizdən çox irəlidir. Axı ,indiki zamanda Vətənin gələcəyi, o Vətənin elmindən asılıdır. İndi elmsiz xalq ,silahsız əsgərdir. Bəs biz Vətənin və xalqını inkişafında elmin əhəmiyyətini nə zaman dərk edəcəyik?... Bunu tam mənasında dərk , Vətənin və xalqın mənafeyini hər cür şəxsi hissimizdən irəli çəkmək üçün biz ,sözün həqiqi mənasında , özümüzü dəyişməli, yenidən qurmalıyıq.

 

İkinci sualın cavabını verməkdə acizəm . Elmimizin bugünkü təskki strukturu barədə mərhum alimimiz Xudu Məmmədov 10 il bundan əvvəl Akademiyamızın rəyasət heyətinə bir məktubla müraciət etmişdi. Mən xahiş edirəm, o məktub tapılıb, müzakirə olunsun.

Üçüncü sualın cavabını birincidə vermişəm: Əksərən , istedadlı gənclər elmə cəlb olunmur.

Dördüncü suala da cavab verməkdə çətinlik çəkirəm.

Beşinci sual məni təəccübləndirir. Çünki elmin bütün sahələri və problemləri mühümdür və hamısını diqqət artırmaq vacibdir.

Altıncı sualın cavabını birinci sualın cavabında vermişdim. Amalı , ideyası böyük Vətən sevgisi ya olmayan , ya da zəif olan alim məktəb yarada bilməz”.