Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-22 12:35:00
UNEC-in təcrübəsi daha bir ali məktəbin diqqətində

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən bildirilib ki, ali məktəbin rektoru, professor Ədalət Muradov həmkarını UNEC Ekstern, 24/7 kitabxana və yeni istifadəyə verilən oxu zalı ilə tanış edib. Rektor  distant tədrisin tətbiqində UNEC təcrübəsini BANM-nin rəhbəri ilə  bölüşüb.

UNEC-də tətbiq olunan yenilikləri böyük maraqla qarşılayan E.Qasımov buradakı yenilikləri ölkənin ali təhsilində mütərəqqi addım kimi qiymətləndirib. 

Qeyd edək ki, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən zəruri tədbirlər  çərçivəsində bütün təhsil sistemində tədris fasiləsi yaranıb və distant təhsilə üstünlük verilib. UNEC distant təhsil imkanlarında öndə gedən ali məktəblərdəndir, bu baxımdan digər ali məktəblərin rəhbərləri adıçəkilən universitetin təcrübəsinə böyük maraq göstərirlər. (Azərbaycan müəllimi)