Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-22 10:00:00
Bu universitet Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüb

Azərbaycan Kooperasiya Universiteti və Kooperasiya Kolleci Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait ayırıb.

AzEdu.az xəbər verir ki, bu addım Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təşəbbüsü ilə atılıb. Eldar Quliyev dünyanın qarşılaşdığı ciddi təhlükəyə qarşı mübarizədə Azərbaycanın həyata keçirdiyi səmərəli profilaktik tədbirlərə hər kəsin dəstək olmasının vacibliyini vurğulayıb. O, bütün həmkarlarını, ali təhsil ocaqlarının rektorlarını bu təşəbbüsə qoşulmağa dəvət edib.

Rektor, həmçinin siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını dövlətin koronavirus infeksiyasının qarşısının alınması istiqamətində atdığı addımları dəstəkləməyə, qəbul olunan qərarlara ciddi əməl etməyə çağırıb.