Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-21 15:23:00
Müəllimlərin çalışmasına mane olan  səbəb – İkinci iş yerində daimiləşmək mütləqdirmi?

 

“Əsas və əlavə iş yerilərinin yaradılması fonunda xeyli sayda işsizliklə üz-üzə qalan, təhsil sənədi dövlət nümunəli olmadığına görə müsabiqəyə buraxılmayan, həftəlik dərs yükü 6 saat təşkil edən müəllimlərin maddi və mənəvi durumu həllini gözləyən problemlərdən biri olaraq olaraq qalır”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri İctimai Şuranın sədr müavini Nadir İsrafilov müəllimlərin ikinci iş yerində daimiləşməsindən danışarkən  deyib.

 

O qeyd edib ki,  hazırda vakant yerlərin faktiki yaşayış yerinə uyğun tutulması ən uğurlu dəyişikliklərdən biridir:

 

“Ötən ildən etibarən  Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə start verilib. Bu o deməkdir ki, müsabiqə şərtlərinə uyğun gəldiyi təqdirdə namizədlərə builki müsabiqədə də ikinci iş yerinə daimiləşmək imkanı veriləcək. Daimiləşən yerlərdən biri əsas, digəri isə əlavə iş yeri hesab olunur. Hər iki iş yerində müddətsiz əmək müqaviləsi əsasında çalışmaq mümkündür.

 

Bu yeniliklə müəllimlər həmçinin, dövlət ümumi təhsil müəssisələrində müəllimlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu müsabiqələri ilə yanaşı artıq müəllimlər iş yerlərini müstəqil dəyişmək imkanı da əldə edə biləcəklər. Müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlərin ilboyu ilk növbədə müvafiq rayon üzrə qeydiyyatda olan namizədlərə (bal ardıcıllığı nəzərə alınmaqla) təklif olunacağı ilə bağlı dəyişikliyi isə son illərin ən uğurlu dəyişikliklərdən biri hesab etmək olar. Bu proses kadr təminatının daha çevik həyata keçirilməsini və iş yerlərinin namizədlərin faktiki yaşayış yerinə uyğun olmasını təmin edəcək”.

 

Qeyd edək ki, müəllimlərin ikinci iş yerində daimiləşməsi uzun müddətdir sosial şəbəkələrdə gənc müəllim kadrlar tərəfindən müzakirə olunur. Əksəriyyət bunu yeni kadrların işsiz qalmasında əsas səbəb kimi dəyərləndirir.