Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-20 21:05:00
Karantinə alınan tələbələrə bayram sovqatı göndərilib

Koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşının alınması məqsədi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınmış xaricdə təhsil alan tələbələrimizin Novruz Bayramını yüksək səviyyədə keçirməsi üçün “Azersun Holding”, TƏBİB publik hüquqi şəxsin dəstəyi ilə Qobustan yerləşən karantin xəstəxanasına bayram sovqatı hədiyyə edib.

AzEdu.az  xəbər verir ki, milli bayramımızı ailələrindən ayrı qeyd edən tələbələrə şəkərbura, paxlava, qoğal və digər bayram şirniyyatları hədiyyə edilib.

Qeyd edək ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azersun Holding”in bütün müəssisələri və pərkəndə satış şəbəkələri tam qüvvəsi ilə fəaliyyətinə davam edir.