Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-20 17:14:00
Rus  elmi  mərkəzi yeni koronavirusa qarşı peyvəndi sınaqdan keçirir

 

Rusiyanın Novosibirsk vilayətində yerləşən “Vektor” Elmi Mərkəzi yeni koronavirusa qarşı hazırladığı peyvəndi əvvəlcə primatlar, sonra dağsiçanlarının üzərində sınaqdan keçirəcək.

 

AzEDu.az xəbər verir ki, “Vektor” Elmi Mərkəzində yeni növ koronavirusa qarşı peyvəndlərin prototipi hazırlanıb. Yaxın vaxtlarda peyvəndlər laboratoriya heyvanları üzərində sınaqdan çıxarılacaq və peyvəndin səmərəli təsiri üçün miqdarı, tətbiq üsulu müəyyən ediləcək. (AZƏRTAC)