Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-20 12:11:00
Azərbaycan Universitetində videodərslərə start verilib

 

Koronavirus (COVİD - 19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2 və 7 mart 2020 tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin müvəqqəti dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması ilə əlaqədar olaraq tələbələrin dərs prosesindən kənar qalmaması üçün Azərbaycan Universitetində videodərslərə start verilib.

 

Videodərslərdə mart ayında buraxılmış dərslərin başlıca tezisləri tələbələrə təqdim olunur, mühazirələrin tam mətni isə onların elektron poçt ünvanlarına göndərilir.  Videoçəkilişi aparılan dərsləri universitetin rəsmi youtube səhifəsindən izləmək mümkündür.