Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-19 14:40:00
Azərbaycanlı alimin yeni elm sahəsi üzrə Moskvada 2 kitabı çap olunub

 

 

 

Bu günlərdə Moskva şəhərində Rusiya Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Akademiyası tərəfindən Azərbaycan Texniki Universitetinin “Metrologiya və standartlaşdırma” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadənin dünya elmində ən son yeniliklərdən biri olan koordinat metrologiyası üzrə 2 elmi monoqrafiyası çap olunub.

 

 

Monoqrafiyalarda yer alan materiallar 2016-cı ildə Azərbaycan Texniki Universiteti və Rusiyanın Metroloji Xidmət Elmi-tədqiqat institutu arasında bağlanmış qarşılıqlı əməkdaşlıq haqqında müqavilə əsasında koordinat metrologiyası üzrə səmərəli  aparılmış nəzəri və təcrübi tədqiqatların nəticələrindən ibarətdir. Monoqrafiyaların həmmüəllifi dünya koordinat metrologiyası nəzəriyyəsinin yaradıcılarından biri texnika elmləri doktoru, professor, əməkdar metroloq V.Q. Lısenkodur.

 

 

Hər iki kitab Azərbaycan Texniki Universitetinin 70, Metroloji Xidmət Elmi-tədqiqat institutunun 120 illik yubileylərinə həsr edilib.

 

 

5 kitabdan ibarət “Koordinat metrologiyası” seriyasından olan bu kitablar yaxın zamanda Avropa Təbiət Elmləri Akademiyası tərəfindən Berlin şəhərində də çap olunacaqdır.