Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-19 16:42:00
Koronavirusu niyə qadınlardan çox kişilərə yoluxur?

Çində ortaya çıxıb yayılan ölümcül koronavirusu kişi və qadınlara haradasa bərabər dərəcədə yoluxdu, ancaq kişilərdəki ölüm nisbəti daha çoxdur. Alimlər, bunun bioloji və həyat tərzinə bağlı səbəblərdən qaynaqladığını düşünür.

AzEdu.az xəbər verir ki, Çin Xalq Respublikasının Vuhan şəhərində ortaya çıxıb yayılan və bu ana qədər 2.248 adamın ölümünə səbəb olan ölümcül koronavirusu ilə əlaqədar araşdırmalar davam edir. Statistika koronavirusunun orta yaş və yaşlı insanlarda, xüsusilə də kişilərdə, ölüm faktoru yaratdığını göstərir.

Çin Xəstəlik İdarə və Tədbir Mərkəzi, koronavirusu ilə əlaqədar analizləri nəşr etdi. Statistikaya görə kişilər və qadınların yoluxma sayı bir-birinə yaxındır, lakin virusa görə kişilərdəki ölüm nisbəti 2,8%, qadınlardakı ölüm nisbəti isə 1,7%-dir. Daha əvvəl yaşanan SARSIT və MERS epidemiyalarında da kişilər, qadınlara görə nisbətsiz bir formada təsirlənmişdi.

2003-cü ildə SARSIT epidemiyasında Honkonqda virusa yoluxmuş qadınların sayı kişilərdən çox olmasına baxmayaraq kişilərdəki ölüm nisbəti 50% daha çox idi. MERS də isə, kişilərin 32% ölərkən, qadınlarda bu nisbət 25,8% idi. 1918-ci ildə qrip epidemiyası əsnasında da yetkin kişilər arasındakı ölüm nisbəti, qadınlara görə daha çox idi.