Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-19 12:40:00
Ölümə səbəb olan virusların niyə yarasalardan yoluxduğu iddia edilir? - ARAŞDIRMA
 
AzEdu.az xəbər verir ki, yarasalar heyvandan insana yoluxan bir çox xəstəliklərin səbəbkarı sayılır. Ebola, SARS, Marburq, Nipah kimi viruslarla yanaşı, indi də Kovid-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 virusunun da yarasalardan yoluxduğu düşünülür. Bildirilir ki, yarasalar uça bilən və məməlilər sinfində minə yaxın növə sahib olur. Onlar uçan zaman virus bölgələrini gəzə bilir.  Araşdırmalar göstərir ki, yarasalar yüksək immunitet sisteminə malikdirlər.
 
 
 
Buna görə yarasalar yoluxucu xəstəliklərə qarşı dözümlüdürlər, lakin bu cür viruslar insanlara yoluxduqda daha ağır nəticələrə səbəb olur. Virus immuniteti güclü olan yarasaya yoluxanda onu öldürə bilməsə də, inkişaf edir, amma başqa bir canlıya yoluxduqda ölümcül olur. 
 
 
Əvvəlki tədqiqatlar göstərdi ki, yarasalar heyvanlar aləmindəki digər canlılara nisbətən daha çox zoonotik xəstəliklərə malikdir. Bu tədqiqatlar həmçinin sübut edir ki, yarasada olan viruslar insanlara digər heyvanlardan daha çox ötürülür  və ölümə səbəb olur. 
 
 
Bu səbəbdən də alimlər bildirirlər ki, yarasaların qorunması həm onlar, həm də bizim üçün faydalı ola bilər.