Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-18 17:36:00
AzTU-nun Elmi Şurasının onlayn iclası keçirildi 

Martın 18-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının yeni tərkibdə ilk onlayn iclası keçirilib.

 

Onlayn iclasdsa təşkilati, elmi-tədqiqat, tədris və təcrübə işləri ilə bağlı məsələlər, həmçinin ictimaiyyətlə əlaqələr şöbəsinin yenidən təşkili müzakirəyə çıxarılıb.

 

Elmi Şuranın bütün üzvlərinə aktiv çat sistemi vasitəsilə müzakirə olunan məsələləri görmək, eyni zamanda operativ münasibət bildirəmək imkanı yaradılıb.

 

Şuranın üzvləri müzakirələrdə aktivlik göstərib, sual və təkliflər verib, həmçinin səsvermədə iştirak edib. Bütün statistik məlumatlar və müzakirələrin nəticələri onlayn sistemdə avtomatik qeyd edilib.