Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-18 16:30:00
Virus qədər təhlükəli olan dayələr: Uşaqlarımızı necə qoruyaq? 

Məktəb və bağçalarda tətil elan edilməsi bəzi valideynləri çətin duruma salıb. Övladlarını təhsil müəssisəsinə qoyub işə gedən valideynlər başqa çıxış yolları axtarmalı olublar.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Bəzi valideynlər belə vəziyyətlərdə məcburən dayələrə müraciət edirlər. Bu isə onların əlavə xərcə düşməsi deməkdir. Özəl dayələrin aylıq xidmətinin qiyməti 400 manatdan başlayır.

Bu məbləği ödəməyə razı olanlar öz istəklərinə uyğun dayəni seçə bilirlər. Seçim uşağın tədris dilinə, yaşına uyğun aparılır.

Valideynlərin çoxu yaşından asılı olmayaraq dayələrə etibar etmək istəmirlər.

Qeyd edək ki, dünyada baş qaldıran koronavirus pandemiyasına görə Azərbaycanda təhsil müəssisələrində martın 27-dək tətil elan edilib.