Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-23 20:44:00
Geologiyanın aktual problemlərinə dair 190-dan çox məruzə dinlənilib  

Bakı Dövlət Universitetinin (BDU) geologiya fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Geologiyanın aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

BDU-dan AzEdu.az-a  bildiriblər ki, tədbirdə bu ali məktəbin elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb, onun elm və təhsilə daim xüsusi önəm verdiyini xatırladıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Geologiya fakültəsinin dekanı, dosent Məhluqə Məmmədova elmi konfransın əhəmiyyətini vurğulayıb.

Doktorant, dissertant və magistrantların iştirak etdikləri konfransda dosent Əli Novruzovun, müəllim Erkin Rüstəmovun müxtəlif mövzularda məruzələri dinlənilib.

Sonra bölmə iclasları olub. Konfransda ümumilikdə 196 məruzə dinlənilib, müzakirələr aparılıb.