https://www.zirve.edu.az/
18.03.2020 13:04
İmtahanların da distant keçirilməsi mümkündür
Çap et

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  distant tədrisin mövcud vəziyyəti və gələcək perspektivləri diqqət mərkəzindədir.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, martın 12-dən ali məktəbdə başlanılan distant dərslər tədris ilinin əvvəlində təsdiqlənmiş təqvim planına uyğun olaraq aparılır.

 

UNEC-də distant dərslərin uğurlu tədrisini nəzərə alaraq, Yekun Dövlət Attestasiyasının və magistrantların dissertasiya müdafiəsinin distant aparılmasının mümkünlüyü vurğulanıb. Təhsilalanların biliyinin distant qiymətləndirilməsi üçün UNEC Eksterndə beynəlxalq standartların bütün tələblərinə cavab verən infrastrukturun və texniki imkanların mövcud olduğu bildirilib. Xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə məsləhət saatları təşkil olunmaqla imtahanların distant keçirilə biləcəyi qeyd edilib. (Azərbaycan Müəllimi)