Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-18 11:02:00
Bu universitetimizdən  ilk -  Elmi Şura onlayn keçiriləcək

 

Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə iclasların, müşavirələrin mobil və internet vasitəsilə keçirilməsinə üstünlük verilməsi ilə bağlı tapşırıq verilib.

 

Bunu nəzərə alaraq, martın 17-dən Azərbaycan Texniki Universiteti (AzTU) onlayn idarəetmə sisteminə keçib.

 

Belə ki, iclaslar və toplantılar onlayn təşkil edilir. Həmçinin AzTU-nun martın 18-nə nəzərdə tutulan Elmi Şurası onlayn rejimdə keçiriləcək.