Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-17 15:27:00
Müəllimlər üçün ÇOX lazımlı  kurikulum sualları -  Cavabları  ilə  

 

 

AzEdu.az  müəllimlərə kurikulumla bağlı imtahanlarda verilən sualları təqdim edir. Sualların cavabları da qeyd olunub. Hörmətli müəllimlər, siz bu suallar üzərində işləməklə, kurikulum predmetinin tələblərini, məntiqi-analitik cəhətlərini daha yaxından müşahidə edə və müəyyən vərdişlərə sahiblənə bilərsiniz:

 

1.Kurikulumu zəruri edən səbəblərə aid olmayanı göstərin?

 

    A.Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması

    B.Həftəlik dərs saatlarının miqdarı

    C.Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması

    D.Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid

 

 

2.Bunlardan hansı Milli kurikulum strukturuna uyğun deyil?

 

A .Ümumi təhsil səviyyələri üzrə təlim nəticələri

B. Ümumi təhsil səviyyələri üzrə məzmun standartları

C.Ümumi təhsil səviyyələri üzrə tədris olunan fənlər

D.Ümumi təhsil pilləsində təhsil verənlərin keyfiyyət göstəriciləri

 

 

3.Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası neçənci ildə qəbul edilib?

 

  A) 19 noyabr 2010

  B)13 yanvar 2009

    C) 3 iyun 2010

    D) 14 aprel 2010

 

 

  1. Formal təhsil hansı təhsil formasına aiddir?

 

 A) dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması

 B)müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması

C) özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması

 D) məsafədən təhsil

 

  1. Fəal dərsin neçə mexanizmi var?

 A) 1

B)4

C)2

D)6

 

6.Uyğunluğu müəyyən edin:

 

1.şagirdin mövqeyi                      a. “bələdçi”, istiqamətləndirici

  1. müəllimin mövqeyi                b. “kəşf edən”, tədqiqatçı
  2. iş formaları                             c. cütlərlə iş

A)1-b, 2-c, 3-a

B)1-a, 2-b, 3-c

C)1-b, 2-a, 3-c

D)1-c, 2-a, 3-b

 

  1. Bu ən yüngül rəğbətləndirmə növü olub, bütün məktəb işçiləri tərəfindən tətbiq edilir. Bu hansı rəğbətləndirmə növünə daxildir?

 A) tərifləmə

B) təşəkkür

C) mükafatlandırma

D) yüksəltmə

 

  1. Müəllimin pedaqoji qabiliyyətinə hansılar daxildir?

 A) təşkilatçılıq qabiliyyəti, perspektiv qabiliyyət, elmi-idraki qabiliyyət

B) qanunun aliliyi, vicdanlılıq, peşəkarlıq, fərdi məsuliyyət

C) vicdanlılıq, perspektiv qabiliyyət, loyallıq

D) mədəni davranış, qərəzsizlik, ictimai etimad

 

  1. Müasir qiymətləndirilməyə aid edilə bilməz:

 A) Şagirdlərin yarımillik qiymətlərinin çıxarılmasında formativ qiymətləndirilmə əsas rol oynayır

   B) Qiymətləndirilmə tədris prosesinin bütün mərhələlərində tətbiq edilir

   C) Məzmun standartlarının reallaşdırılma səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilir

    D) Şagirdin nailiyyəti qiymətləndirilir, inkişafı izlənilir

 

  1. Kompetensiyalara aid olanlar hansı variantda düzgün göstərilmişdir?

 

  1. A) bilik, bacarıq, vərdiş, dəyər, keyfiyyət
  2. B) bilmə, anlama, tətbiq, dəyər
  3. C) bacarıq, bilik, anlama, keyfiyyət
  4. D) keyfiyyət, dəyər, bilmək, sintez

 

  1. Fənnin məzmununun quruluşuna aid deyil:

 

  1. A) məzmun üzrə təlim nəticələri
  2. B) məzmun xətti
  3. C) təlim strategiyaları
  4. D) məzmun standartları, inteqrativlik

 

  1. Biliyin kateqoriyasına daxil olmayan variant hansıdır?

 

  1. A) deklarativ
  2. B) prosedual
  3. C) kontekstual
  4. D) idaki, ünsiyyət

 

13.Qaçmaq, yazmaq, rəsm çəkmək, yaratmaq hansı fəaliyyət taksonomiyasına aiddir:

 

  1. A) idraki
  2. B) ünsiyyət
  3. C) psixomator
  4. D) xolerik

 

  1. “Venn diaqramı” üsulundan nə məqsədlə istifadə olunur?

 

  1. A) Mətnin həcmi çox olanda, müzakirələr aparmaq üçün
  2. B) Sinifdə yarışlar keçirərkən, qalibi müəyyənləşdirmək üçün
  3. C) Əşya və hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyən etmək üçün
  4. D) Şagirdlərin əməkdaşlıq bacarıqlarını formalaşdırmaq üçün

 

  1. Mötərizəli və mötərizəsiz ədədi ifadələri oxuyur və yazır alt standartının fəaliyyət hissəsinin növünü və səviyyəsini müəyyənləşdirin?

 

  1. A) idrak, bilik
  2. B) idraki, anlama
  3. C) emosional, təşkil etmək
  4. D) psixomator, mexanizmini bilmək

 

Testin doğru cavabları:

1.B

2.D

3.B

4.A

5.B

6.C

7.A

8.A

9.A

10.A

11.C

12.D

13.C

14.C

15.D

 

Mənbə:Kurikulum “Ümumi təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və fəal (interaktiv) təlim”

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları