Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-17 11:12:00
BDU-nun gənc tədqiqatçısının məqaləsi dünyada nüfuzlu jurnalda çap etdirilib

 

Bakı Dövlət Universitetinin əməkdaşı Əli Xəlilovun həmmüəlifi olduğu elmi məqalə dünyada nüfuzuna görə ilk top onluqda yer alan "Journal of the American Chemical Society" jurnalında dərc edilib.

 

 

ABŞ-ın “Fulbright Visiting Scholar” proqramının 2017-2018-ci il məzunu Əli Xəlilovun həmmüəllifi olduğu “Phenazine-1,6-dicarboxamides: Redox-Responsive Molecular Switches” adlı məqaləsi nüfuzlu Amerika Kimyaçılar Cəmiyyətinin jurnalının (JACS) 2020-ci il ilk buraxılışında dərc olunub. Qeyd edək ki, JACS dünyada nüfuzuna görə ilk onluqda (İmpact faktor 14.695) yer alan Q1 reytinqli jurnallar qrupuna aiddir. "Web of Science" portalına əsasən həmin məqalə Bakı Dövlət Universitetindən JACS jurnalında çap edilmiş ilk elmi işdir.

 

 

Məqalədə fenazin blokları əsasında "molekulyar əzələlərin" dizaynı və sintezi istiqamətində əldə edilən ilk tədqiqatların nəticələri işıqlandırılır. Tədqiqatlar Fulbright Proqramının dəstəyilə ABŞ-nın Sent Lyuis şəhərindəki Vaşinqton Universitetində yerinə yetirilmişdir. Layihənin uğuru bir sıra sahələrdə, xüsusən, robototexnikada yeni söz ola bilər. Əldə edilən ilk müsbət təcrübi nəticələrə görə layihənin inkişaf etdirilməsi üçün işlər davam etdirilir.