Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 17:12:00
İnsanları  koronovirus depressiyası zamanı motivasiya edəcək  kitablar-SİYAHI

 

 

Motivasiya ən sadə mənası ilə "bir şeyləri etmə arzusu"dur. Motivasiya hərəkətə başlamanız üçün bir qüvvədir. "Motivləşdirmə" latın sözü olub "sövqetmə", "oyatmaq" mənası verir. İlk dəfə bu termini A.Şopenhauer öz məqaləsində işlədib.



Motivasiya insan davranışlarını istiqamətləndirməklə onların fəaliyyətsizliyini aradan qaldırır, fəaliyyətin davamlılığını təmin edir. 

 

Onun təlim və tədris işində çox böyük rolu vardır. Bu mənada,  müəllimlərin həm öz həm də şagirdlərin motivasiyasının yüksək olmasında üzərlərinə böyük iş düşür. Təlimdə motivasiya təhsilalanlarla əlaqəli olub, onları təlim prosesində iştirak etmək arzuları ilə təmin edir. Fəaliyyətsizlik, zəif motivasiya ilə müşayiət olunan təlimdə təhsilalanlar özləri özlərini ruhlandırmaqda çətinlik çəkirlər.

 

 Yüksək motivasiya olunmuş şagird və tələbələrin qoyulmuş məqsədlərə, təlimin nəticələrinə yiyələnmək mümkün və asan olduğu halda, zəif motivasiya edilmiş şagird və tələbələrin məqsədlərinə nail olmaq çətinləşir. Fəal təlim prosesində motivasiya açar rolunu oynayır və ən güclü təhrikedici, təsiredici bir faktordur.

Bütün şagirdlər, tələbələr motivasiyalı ola bilər, lakin onların motivasiya mənbələrinin fərqli olması gözləniləndir. Bu fərqləri bilən müəllim öyrənənlərin öyrənmə həvəsini tənzimləmə bacarığına malik olmuş olur. Təhsilalanlarla motivasiyanı yaradan səbəbləri bilmək pedaqoji prosesin təşkilatçıları üçün vacibdir.

 

Güclü xarici motivasiya faktoru olan müəllim həm də ruhlandırıcıdır. Şagird və tələbənin yüksək və zəif motivasiyası müəllimdən çox asılıdır. O, təlim prosesini təşkil, tədris materiallarının rəngarəngliyini, maraqlı olmasını, sərbəst seçim şəraitinin yaradılmasını təmin edir. 

 

Son zamanlar dünyanı bürüyən koronovirus təhlükəsi bir çox insanlarda o cümlədən təlim-tədris işiylə məşğul olan müəllimlərdə, elm adamlarında panika və qorxu yaradıb.

 

Bu hal onların işlərinə də diqqətli yanaşmalarına problem yaradır. Bu problemi aradan qaldırmaq üçün psixoloqlar bir-sıra motivasiyaedici kitabları oxumağı məsləhət görürlər.

 

  Tövsiyə edilən kitablar bunlardır:

Elizabeth Gilbert, “Böyük Sehr”(Big Magic)-  Kitab  insanları qorxularından uzaqda yaşamağa səsləyir;

 

Tom Rath  “Tam Enerjilisən?” - Kitab həyata və işə enerji qatmağın 3 yolundan bəhs edir;

 

Jackie Woodside, “Xaos Sakitləşdirici” ( Calming the Chaos)-  Zamandan daha çox enerjinizi idarə etmək üçün bələdçiniz ola biləcək bir kitabdır;

 

Tess Vigeland, “Sıçrayış” ( Leap)- B planı olmadan işdən çıxmaq və arzuladığın həyata qovuşmaq imkanlarından bəhs edir.

 

Psixoloqlar məsləhət görür ki bu kitabların mütailə edilməsi onların şəxsi işindən məmnun olması, həzz alması, öz-özünü motivləşdirməsi baxımından böyük əhəmiyyət kəsb edir.

 

İnteraktiv təlim prosesində motivasiya nə qədər yüksək olarsa təlimin nəticələrinə bir o qədər asan yiyələnmək olar. Hər bir müəllimin, təhsil strukturunun qarşısında duran əsas vəzifələrdən biri motivasiyanı və onun təlimdəki rolunu düzgün dəyərləndirmək, onu təhsilalanlarda yaratmaq və inkişaf etdirməkdən ibarətdir.

 

 

 

 

 

 

 

Ülkər Abdurahmanlı
Müəllifin digər yazıları