Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 14:32:00
İnformasiya təhlükəsizliyi ixtisası ölkədə ən yüksək bal göstəricilərinə malik ixtisaslardan biridir – AÇIQLAMA

“İnformasiya təhlükəsizliyi ixtisası ölkədə ən yüksək bal göstəricilərinə malik ixtisaslardan biridir. 2019/2020-ci tədris ilində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisası 673,5 balla növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid ballı ixtisas olub”.

 

AzEdu.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Zamirə Adilova deyib.

 

Z.Adilova bildirib ki, BANM-da İKT yönümlü bir neçə ixtisas üzrə qəbul aparılır: “Hazırda BANM-da “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində qəbul aparılır. 2018-ci ildən “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə kadr hazırlığı həyata keçirilir”.

Qurum sözçüsü bildirib ki, hazırkı tədris ilində “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə 30 tələbə qəbul olub: “Bu tədris ilində BANM-a 150-si dövlət sifarişli, 40-ı ödənişli əsaslarla olmaqla, ümumilikdə 190 yerlik qəbul planı təsdiqlənib. Bu kontekstdə “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə dövlət sifarişli 20 yer, ödənişli əsaslarla isə 10 yer müəyyənləşərək qəbul planı 100 faiz dolub”.