Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 13:52:00
BANM: İnformasiya Təhlükəsizliyi ixtisası tələbələrə kibertəhlükəsizlik sektorunda əlverişli iş imkanı yaradır

“Bu gün BANM-də tədris olunan “İnformasiya təhlükəsizliyi” ixtisası tələbələrə Avropa və aparıcı dünya universitetlərinin təcrübəsi nəzərə alınmaqla tərtib olunmuş tədris proqramları və müasir tədris vasitələri, aparıcı yerli və transmilli şirkətlərdə təcrübə, Azərbaycanda və dünyada kibertəhlükəsizlik, serverlərin, verilənlər bazasının, eləcə də vacib əhəmiyyət kəsb edən informasiya yükünün qorunması sektorlarında əlverişli iş imkanları yaradır. Eyni zamanda, ERASMUS+ və digər təqaüd proqramları vasitəsilə Avropanın müxtəlif universitetləri ilə tələbə mübadiləsi, ən yeni texnologiyalara malik müasir laboratoriyalarda təcrübə və tədqiqat imkanları təqdim edir

AzEdu.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Zamirə Adilova deyib.

 Z.Adilova sözügedən ixtisas üzrə tədris olunan fənnlər barədə də məlumat verib: “İnformasiya təhlükəsizliyi” ixtisasında C dilində proqramlaşdırma, Linux əməliyyat sistemi, Şəbəkələrin əsasları, Kriptoqrafiyaya giriş, Verilənlərin strukturu və alqoritmlər, Veb və Mobil proqramlaşdırma, Süni intellekt və Maşınla öyrətmənin əsasları, Verilənlər bazasının idarə edilməsi sistemi, Bulud texnologiyası və Blokçeyn, Şəbəkələrin təhlükəsizliyi və proqramlaşdırılması, Kibertəhlükəsizlik üçün verilənlərin əldə edilməsi və Verilənlər elmi, Xakerlik etikası və Müdafiə, “Əşyaların interneti”nin əsasları, Kriptosistemlərdə hücumlar, Kibermüharibə və Kibersülh fənnləri tədris olunur”.