Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-15 15:28:00
“Təhsil mövzularının işıqlandırılmasında ciddi nöqsanlar var” –QULU MƏHƏRRƏMLİ

 

 

“Bizdə təhsil mövzularını ardıcıl şəkildə işıqlandıran saytların sayı çox məhduddur. Bu tip mövzulara sistemli, konseptual yanaşma azdır. İnsan yalnız elmi, təhsili, hərtərəfli dünyagörüşü ilə başqalarından fərqlənə bilər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, professor Qulu Məhərrəmli bildirib.

 

Xatırladaq ki, dünyanı əsarət altına alan  koronovirus pandemiyası bütün ölkələrdə ən birinci təhsil sahəsində müəyyən durğunluq yaradıb. Ölkəmizdə də bəlli zaman kəsiminə qədər tədris prosesi dayandırılıb. Məhz bu cür fövqəladə hadisələrdə medianın peşəkar davranışına daha çox zərurət yaranır. Media, xüsusən də televiziya bu zəruri ehtiyacı nə dərəcədə ödəyir? Professorun qənaəti nikbin deyil:

 

“Əgər televiziya proqramında hansısa bir mövzunu işıqlandırmaq məqsəd qoyulubsa, bu proses ardıcıl şəkildə aparılmır. Bu gün təhsildə çox ciddi problemlər var. Bunlardan hər birinin ictimai müzakirəsi fayda verə bilər.

 

Bizim elekton medianın işıqlandırdığı təhsil mövzuları  əhatə dairəsi,  mövzu və  ekspert baxımından məhdud görünür.

 

Son olaraq onu da qeyd edib ki,bəzən eyni insanlar, eyni mövzular ətrafında müzakirə aparır.  Bunların əsas səbəbi sistem və konseptuallığın olmamasıdır. Həmin məsəllərə diqqət yetirmək lazımdır”.

 

Rəviyyə Cəfərzadə