Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-14 17:19:00
MBA məzunları dotoranturaya daxil ola biləcəklər?-Qarışıq məsələ  

 

“UNEC-in  MBA ixtisasını bitirən tələbələr doktoranturaya  daxil ola bilərlər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında UNEC Biznes Məktəbinin direktoru Nazim Hacıyev deyib.

O, MBA-nı bitirən şəxslərin doktoranturaya sənəd verə bilməməsi ilə bağlı məsələyə münasibət bildirib:

“UNEC-in MBA diplomunda  yazılır ki, magistraturanı bitirən şəxs  doktorantura təhsilini davam etdirə bilər. Nazirlər Kabinetinin 2019-cu il  13 noyabr tarixli qərarına əsasən,  magistratura pilləsini bitirən  və  dissertasiyanı müdafiə edən tələbələr  doktoranturaya sənəd verə bilərlər.

MBA  nə “Təhsil haqqında” Qanunda , nə də digər qanunverci sənədlərdə öz əksini tapıb. O, müstəqil formada idarə olunur.  Tələbələr  təşvişə düşərək Təhsil Nazirliyinin qaynar xəttinə  zəng edib və   doktorantura təhsilini davam etdirə biləcəkləri haqqında məlumat əldə ediblər.

MBA proqramını bitirən tələbələrin 5-10 nəfəri il ərzində doktoranturaya sənəd verir. UNEC-in  MBA ixtisasını bitirən tələbələr doktoranturaya  daxil ola bilərlər. Lakin Bakı Dövlət Universitetində bu  mümkün deyil. Bunun səbəbi isə  bilinmir. NBA ifadəsi Təhsil Haqqında qanunda ifadə olunmadığına görə fikir ayrılıqları yaranır. Hər kəs NBA-ya daxil olur ki, idarəetmə sistemlərini öyrənsin. Lakin Azərbaycanda hamı öz bildiyi kimi NBA-nı idarə etmək istəyir”.

Nazim Hacıyev qeyd edir ki, dünyanın hər yerində NBA-nı bitirən şəxslər  doktoranturaya sənəd verə bilərlər.

“Bizim tələbələrimiz Almaniyada doktoranturaya daxil olur, amma Azərbaycanda  əngəllər yaranır.  Mən hər il təklif edirəm ki, bu istiqamətdə islahatlar aparılsın, lakin bu nəzərə alınmır. Biznes məktəbinin rəhbəri kimi deyə bilərəm ki, dünyanın heç bir yerində MBA-ya məhduddiyyət yoxdur.  UNEC də bu məsələ öz həllini tapıb. Həmin universitetin diplomunda yazılır ki,  MBA-nı bitirənlər doktorantura istiqamətində davam etdirmək imkanı əldə edə bilərlər.

UNEC-də MBA-nı bitirən tələbələr bir çox yerli universitetlərə müraciət edirlər  , lakin onlar qəbul oluna bilmirlər. Xüsusən də, Bakı Dövlət Universitetində. Digər magistr diplomları ilə NBA arasında heç bir fərq yoxdur. MBA biznes üzrə,  digər ixtisaslar isə fərqli istiqamətdə magistr yetişdirir. Biznes  dünyada aparıcı təhsillərdən  biridir və universitetlərin imicinə  müsbət təsir göstərir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin verdiyi qərara əsasən, NBA üzrə magistr dərəcəsi alan şəxslər Azərbaycanda doktrantura istiqamətində oxuya bilməyəcəklər.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları