Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-14 16:47:00
“Magistraturada qiyabi təhsil formasının bərpası çox gərəkli idi” –Hamlet İsaxanlıdan təhlil

 Ötən günlərdə Nazirlər Kabinetinin qərarı ilə  “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi  Qaydaların”da dəyişiklik edilib.

 

Dəyişikliyə əsasən  magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilib.

 

Eyni zamanda artıq bir neçə ildir ki, ölkəmizdə magistratura  dərəcəsi üzrə ləğv olunan qiyabi  təhsil  yenidən bərpa olundu. Bu məsələ ilə bağlı hər kəsi maraqlandıran bir sıra  bir sıra suallar meydana gəlir.    

 

 Xəzər Univeritetinin Qəyyumlar Şurasının sədri, professor  Hamlet İsaxanlı AzEdu.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib:

 

“Edilən dəyişikliklərə əsasən magistratura üzrə mütəxəssis hazırlığına qəbul imtahanları bir növ sadələşdirildi. Düşünürəm ki, bu dəyişiklik təqdirəlayiqdir. Təhsilin magistrartura və doktorantura pillələri,əsasən, araşdırma-tədqiqat xarakteri daşıyır. Eyni zamanda, Azərbaycan universitetlərinə təhsilin bu iki piilləsi üzrə tələbə  qəbulu sayı nisbətən azlıq təşkil edir. Düşünürəm ki, bu mərhələdə universitetlər daha fəal iştirak etməlidirlər. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, bu dəyişikliklərin edilməsi  zəruri xarakter daşıyırdı”.

 

Magistratura səviyyəsində qiyabi təhsil formasının yenidən tətbiqinin bərpa edilməsini vacib edən amillər barəsində danışarkən, professor bir neçə detalı önə çəkir:

 

Buna səbəb kimi əsas iki amili göstərmək olar: Tələbənin  yaşadığı məkan  ilə magistratura  üçün seçdiyi  universitet arasındankı  məsafənin uzaq olması; işləyən tələbənin dərslərdə iştirakının müəyyən qədər çətin olması.

 Nəzərə alaq ki, magistratura  səviyyəsində təhsilini davam etdirən tələbələrin əksəriyyəti bakalavrı bitirib işləyənlərdir.  Bu tələbənin dərslərdə  daimi şəkildə əyani iştirakı onun üçün müəyyən çətinliklər törədir. Tələbə nə işini, nə də dərslərini buraxmaq istəmir.  Bütün bu amilləri nəzərə alsaq, magistratura  pilləsinə qiyabi təhsilin bərpa edilməsi  məqsədəuyğun hesab edilir. Hazırki dövrün texnoloji imkanları  tələbənin auditoriyadan kənarda da təhsilini davam etdirməsi üçün kifayət qədər əlverişlidir. Tələbə dərslə əlaqəli ona qaranlıq qalan istənilən sualı auditoriyadan kənarda da müəllimlə əlaqə yaradıb ona ünvanlaya bilər.  Semestr sonunda nəticə olaraq  bu tələbələr də əyani təhsil alan tələbələrlə birlikdə imtahanda iştirak etmək imkanına  malikdirlər.  Qiyabi təhsil sayəsində tələbə öz təhsilini heç bir maneçilik olmadan  istədiyi kimi davam etdirə bilər. Ancaq onu da qeyd  etmək lazımdır  ki,  bu tələbələrin üzərinə daha çox məsuliyyət düşür, onlar daha çox çalışmalıdırlar”.

 Bəs,  magistratura səviyyəsində mövcud olan  qiyabi təhsil formasının əvvəlki illərdə  aradan qaldırılmasını zəruri edən hansı meyarlar var idi?

“Əslində, qiyabi təhsil forması əyani formaya nisbətən belə desək, daha zəif hesab edilirdi. Buna misal olaraq, müəllimlərin nisbətən daha çox güzəşt etməsi, tapşırıqların əyani sistemə nisbətən daha çox olması,  rüşvətə yolvermə hallarının mövcud olma ehtimalı və s. göstərə bilərik.Eyni zamanda nəzərə almaq lazımdır ki, magistratura pilləsində təhsil alan tələbə sayı bakalavra nisbətən daha azdır. Bu səbəblə qiyabi təhsilin mövcudluğu ümumilikdə magistratura  pilləsində təhsil səviyyəsinin  nisbətən aşağı olmasına gətirib çıxarırdı. Nəticə olaraq əyani təhsilə üstünlüyün daha çox verilməsi məqsədi ilə qiyabi təhsil forması aradan qaldırıldı.  Ancaq hazırki dövrdə qiyabi təhsilin yenidən bərpa edilməsi üçün kifayət qədər imkanlar var. Qiyabi təhsilin bərpasına səbəb kimi sadaladıığımız yeniliklər buna bariz nümunədir. Eyni zamanda tələbələrə qiyabi təhsil imkanının yaradılması universitetin öz müstəqil qərarından asılıdır”.