Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-14 15:44:00
Virusa qarşı dezinfeksiya zamanı hansı maddələrdən istifadə olunur? – Avropada və bizdə

Koronavirusa yoluxma hallarının qarşısını almaq məqsədilə ölkə ərazisində dezinfeksiya işləri aparılır. Bu işlər əsasən, ictimai nəqliyyat, təhsil və səhiyyə müəssisələri, dövlət idarələri,  ictimai-iaşə obyektlərində həyata keçirilir. Dezinfeksiya işləri zamanı yaşayış binalarının giriş hissəsi və parklar da diqqətdə saxlanılır.

 

Bəs, dezinfeksiya işləri zamanı hansı maddələrdən istifadə olunur? Onlar nə dərəcədə effektivdir?

 

AzEdu.az xəbər verir ki, dezinfeksiya işləri eyni ərazidə gündə 2 dəfə olmaqla, səhər və axşam saatlarında aparılır. Metrolarda dezinfeksiya zamanı yeraltı şəraitdə istifadəsi məqsədəuyğun olan kimyəvi maddələrdən istifadə olunur. Bunlara əsasən, Progrin və Profix daxildir. Maddələr çoxspektrlıdır. İstənilən növ mikrob, bakteriya, virus, göbələk, hətta qan və bəlğəm əleyhinə də effektivdir.

 

Dezinfeksiya aparılan yerdə, kimyəvi vasitənin təsirinin davamlı və effektli olması üçün, hava sirkulyasiyası baş verməməli, qapı və pəncərələr ən azı 30 dəqiqə kip bağlanmalıdır. Daha sonra otaqların havası dəyişdirilməli, səthlər təmiz nəm əski ilə silinməlidir.

 

Dezinfeksiyanı işini aparanlar eynək, əlcək, üzqoruyucu, xüsusi geyim kimi fərdi mühafizə vasitələrindən istifadə etməlidirlər.

 

Koronavirusa qarşı mübarizədə həyata keçirilən profilaktik tədbirlər zamanı istifadə edilən dezinfeksiyaedici maddələr viruslara qarşı effektiv təsirə malik olmalıdır. Bu cür preparatlar siyahısına Avropa ölkələrində daha çox istifadə olunan Softa-man, Softasept C, Meliseptol, Geksavart, Stabimed və Helimatik aiddir. Onlar olmadığı təqdirdə isə:

 

-Natrium hipoxlorit - 0,05  və 0,1%;

 

-Benzalkonium xlorid - 1%;

 

-Xlorheksidin biqlükonat - 1%;

 

-benzil xlorfenol – 2%;

 

-Surfanios Premium;

 

-Sufa safe;

 

-Aniospray quick;

 

-Lizofarmin.

 

Dezinfeksiyaedici maddələrə həssas olan səthlər üçün 70%-li etanol (spirt) istifadə edilə bilər.

 

Şəxsi gugiyenada isə 70%-lik etanol spirt çox effektivdir. Ümumiyyətlə, maddənin tərkibində spirtin miqdarı 40%-dən çoxdursa, virusa qarşı effektiv hesab olunur.(TED.az)