Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-14 15:30:00
"Baku Steel Company"də “Metallurgiya və materialşünaslıq”  fakültəsinin filialı açılacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti “Baku Steel Company” MMC şirkətində işgüzar görüş keçirib.

Görüşdə iştirak edən AzTU-nun məzunu və "Baku Steel Company" MMC-nin vitse-prezidenti Ramin Kərimov universitetlə şirkətin uzunmüddətli əməkdaşlığından söz açıb.

Bildirib ki, hazırda “Baku Steel Company”də AzTU-nun 626 tələbəsi metallurgiya sahəsi üzrə istehsalat təcrübəsində iştirak edir. Universitetin 135 məzunu isə şirkətin işçisidir. 

Qeyd olunub ki, universitetlə şirkətin əməkdaşlığının on illiyi ilə bağlı "Baku Steel Company"də AzTU-nun “Metallurgiya və materialşünaslıq”  fakültəsinin filialı açılacaq. Filial Azərbaycan Texniki Universiteti ilə Baku Steel Company MMC şirkətinin birgə Tədris Mərkəzi adlanacaq. Artıq bununla bağlı hər iki tərəf arasında saziş imzalanıb.