Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 17:14:00
“Data Science üçün riyazi statistika” mövzusunda məruzə təqdim olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Data Science üçün riyazi statistika” mövzusunda məruzə təqdim olunub.

AzEdu.az xəbər verir ki, seminarda institutun əməkdaşı Günay Muradova verilənlər elmi (Data Science) və onların əsasında ən yaxşı qərarların axtarışı ilə bağlı fəaliyyətdən bəhs edib. Məruzəçi ənənəvi riyazi statistikanın bu elmin ən güclü alətlərindən biri olduğunu qeyd edərək onun tətbiqi ilə bağlı müxtəlif məsələləri diqqətə çatdırıb. O, riyazi statistikanın proqramlaşdırma ilə birlikdə digər “Data Science” komponentlərinin əsasında dayandığını qeyd edərək, verilənlərin intellektual analizi, maşın təlimi və riyazi statistikanın oxşar və fərqli cəhətləri barədə danışıb. “Big data” və bulud hesablamaları kimi yanaşmaların təsiri ilə onların bir-birini qarşılıqlı şəkildə zənginləşdirdiklərini vurğulayıb.

Sonda şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev məruzə ilə əlaqədar fikirlərini bölüşərək “Data Science” yanaşmalarının daha dərindən araşdırılmasını tövsiyə edib, bir sıra təkliflər səsləndirib.